Şahbuz rayonunda ümummmilli lider Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda ümummmilli lider Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Şahbuz şəhərindəki badam bağı ərazisində keçirilən aksiyada 2500-ə yaxın rayon sakini iştirak edib. Rayon ictimaiyyəti bağa yeni badam tingləri və üzüm tənəkləri əkib. Bağda əvvəllər əkilmiş ağaclara da aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri aparılıb.
Qeyd edək ki, bugünkü ağacəkmədə bağa 280 badam tingi, 850 üzüm tənəyi basdırılıb.
Novruz Məmmədov