Naxçıvanda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilməsinə başlanılıb - VİDEO
Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi tərəfindən humanitar tibbi aksiyaların keçirilməsinə başlanılıb. Səhiyyə ocağının kollektivi ilk olaraq Naxçıvan şəhərində qazilərimizin səhhəti ilə maraqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Mədinə Rəhimli