Hande Harmancı: Azərbaycan hökuməti koronavirusa qarşı peyvəndlə bağlı danışıqlar aparır və qısa zamanda vaksinin ölkəyə gətirilməsinə başlanılacaq
“Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanılacaq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: “Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq “işıq görünür”. Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman tələb edir. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".