Süfrələrimizin bəzəyi və ən əsas qida məhsulumuz sayılan çörəyin təknəmizdə bol olması üçün əməksevər əkinçilərimiz, torpaq mülkiyyətçiləri əllərindən gələni edirlər. Taxıl istehsalını artırmaq üçün əkin sahələri ildən-ilə genişləndirilir. Bütün dünyada ərzaq məhsullarının çatışmazlığı hiss edildiyi bir vaxtda taxıl istehsalının artırılması bu gün hər bir dövlət qarşısında duran başlıca, təxirəsalınmaz vəzifədir. Ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ərzaq qıtlığı təhlükəsi yoxdur. Çünki əkin sahələri ildən-ilə genişləndirilir, taxıl və xüsusilə buğda istehsalı artırılır. Sədərək rayonunda gələn ilin bol məhsulu üçün də indidən zəmin yaradılır. İndiyədək 1705 hektar sahə şumlanıb, 1464 hektar taxıl əkilib, 1101 hektar sahə isə suvarılıb.
“Oğuz yurdu” qəzeti