Ulu öndər Heydər Əliyevin vaxtilə Ankarada əkdiyi ağacın yanına xatirə lövhəsi vurulub - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin hər addımı bir tarix, zəngin fəaliyyətinə dair hər bir tarix öz-özlüyündə silinməz bir xatirədir. Təqdim etdiyimiz fotodakı ağac ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci il martın 16-da Ankara Universitetinin həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında əkilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ankara Universitetinin fəxri doktoru Heydər Əliyevin 19 il əvvəl əkdiyi Mavi Ladin ağacının yanında dekabrın 14-də xatirə lövhəsinin açılışı olub. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: