Şəhid olmaq ən şərəfli ölümdür-Abbasəli İsmayılov - VİDEO

A- A A+

Vətən müharibəsində hərbçilərimiz böyük rəşadət və fədakarlıq nümayiş etdirdi. Neçə igid oğullar Qarabağın azadlığı uğrunda canlarından keçdi. Belə igid oğullardan biri də Babək rayon Qahab kəndində doğulub boya-başa çatmış şəhid baş leytenant  Abbasəli İsmayılovdur.

Vətənin dar günündə Vətən müharibəsinə qoşulan baş leytenant Abbasəli İsmayılov Suqovuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi, qarış-qarış azad edilən torpaqlarımıza bayraq sancmanın qürurunu yaşadı. Tək amalı Vətən torpağını azad və bütöv görmək idi. Suqovuşanı, Füzulini, Zəngilanı, Cəbrayılı azad görmək ona nəsib olsa da, Qubadlı arzusu mənfur düşmənin ona tuş gələn mərmisi ilə ürəyində qaldı. İndi yüksək şəhidlik məqamından şahidlik edir  Qubadlının, Şuşanın, Qarabağın azadlığına.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: