Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı 1 saat artırılacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 16-dan etibarən Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha 1 saat artırılaraq 19 saatdan 20 saata çatdırılacaq. Sabahdan teleradiomuzun efir vaxtı səhər saat 07:00-dan gecə saat 03:00-dək təşkil edəcək.

Ölkəmizdə ilk dəfə olaraq yüksəkkeyfiyyətli HD formatda yayıma başlayan Naxçıvan Teleradiosunun efir vaxtı bundan öncə 2014, 2016 və 2018-ci illərdə də 3 saat artırılaraq 19 saata çatdırılıb.

2016-cı ildə – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyasının internet üzərindən yayımının təmin edilməsi, 2018-ci il mayın 15-də “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması nəticəsində Naxçıvan Teleradiosu geniş izləyici kütləsi toplayaraq muxtar respublikanın mühüm informasiya mənbəyinə çevrilib. Bu gün dünyanın istənilən yerindən Naxçıvan televiziyasının canlı yayımını və hazırladığı məhsulları internet vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib, gənc və peşəkar kadrlarla komplektləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: