Sədərək sakinləri üçün film nümayiş olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Azərbaycan kinosu günü” layihəsi  çərçivəsində Naxçıvan  Dövlət  Film  Fondu  tərəfindən Sədərək rayon  Sədərək kənd ictimaiyyətinə  “Dərvişin qeydləri” filmi  nümayiş olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib.

Rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və İlqar Fəhmi, operatoru Yuri Varnovski olan film 2013-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib.

Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş olan film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqut etdiyi  ərəfədə baş verən hadisələrdən bəhs edir.

 Film kənd ictimaiyyəti tərəfindən  böyük maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: