Culfa rayonunda bələdiyyələr üçün seminar keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib ki, seminar Nazirliyin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda keçirilən seminarda Culfa rayon bələdiyyə sədrləri və bələdiyyə qulluqçuları iştirak edib.

Seminarda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri, bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı, bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzularından danışılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Nazirliyin əməkdaşları tərəfindən bələdiyyə sədrlərinə “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodiki vəsait təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: