Qəhrəmanlar böyüdən ailə - Möhsümovlar - VİDEO

A- A A+

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı Vətən müharibəsinə başladı. 30 illik həsrətə son verməyin vaxtı idi, düşmən tapdağı altında inildəyən torpaqları xilas etmənin zamanı yetişmişdi. Bu 30 il həm də nə igidlər yetişdirmişdi: torpaq həsrətli, yurd sevgili, intiqam nəfəsli ərənlər. Kəngərli rayonunun Xok kəndindən olan Möhsümovlar ailəsi də oğullarını məhz belə yetişdirdi. Vətənpərvər, cəsur, şir ürəkli oğulların 3-ü də hərb sahəsini həyat amalına çevirdi. Kiçik çavuş Elnar Möhsümov, kiçik çavuş Anar Möhsümov və leytenant Elmar Möhsümov.

Kiçik qardaşı Elmarın şəhid xəbəri Elnarı ruhdan salmır, əksinə o qardaşının və silahdaşlarının qisasını almaq üçün gücünə güc qatır. İntiqam hissi onu döyüşlərdən-döyüşlərə atılmağa sövq edir və o Şuşaya qədər şərəfli döyüş yolu keçir.

Naxçıvana qələbə müjdəsi ilə geri dönən Elnar Möhsümov bir də canını üçrəngli bayrağımız uğrunda fəda edən qardaşı Elmarın bayrağa bükülmüş tabutunu gətirmiş olur. Möhsümovlar ailəsi həm şəhidini qarşılayır, həm qazisini.

44 günlük müharibənin qələbə ilə başa çatması hər kəsi ürəkdən sevindirir. Hədəf də elə bu idi: bu yolda şəhid də olacaqdı, qazi də. Vətən torpaqları indi  30 illik işğala son qoyan bu qəhrəman oğulların şücaəti sayəsində azaddır. Bu şərəfli missiyanı yerinə yetirən, həsrətə, hicrana son verən oğullar-şəhidlər heç zaman unudulmayacaq. Hicran ana, başını dik tut! Sən də bir qəhrəmansan!

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: