Bu barədə Fövqəlаdə Hаllаr Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.
Muxtar respublikanın şəhər və rayonlarında pandemiyaya qarşı dezinfeksiya tədbirləri də davam etdirilib, ümumilikdə, 4 milyon 631 min kvadratmetr sahədə dezinfeksiya işi aparılıb.
Həmçinin 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan şəhər təhsil müəssisələrinə məxsus 27 qazanxanada qaz təsərrüfatından təhlükəsiz istismar edilməsinə nəzarət olunub, yanğın-partlayış və dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə 11 müəssisədə 201 nəfərin, payız-qış mövsümünə hazırlıqla bağlı 34 müəssisədə 822 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Hesabat ayında muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 95 obyektdə diqqətli, 199 obyektdə nəzəri, 6 obyektdə isə məqsədli yoxlama keçirilib, 9 min 94 nəfər yanğına qarşı təlimatlandırılıb, 775 qazanxanada texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunmasına baxış keçirilib. Həmçinin yaşayış evlərinə baxış zamanı yanğın cəhətdən təhlükəli оlan elektrik, şlanqla çəkilmiş qaz xəttləri dəyişdirilib, suqızdırıcıların və tüstü borularının istismarı dayandırılıb, mənzillərin tüstü bacası və havaçəkən kanalları təmizlənib. Ay ərzində 55 obyektlə icbari sığorta müqaviləsi bağlanıb.
Həmçinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən yeni tikilən 6 obyektin istismara hazırlığı yoxlanılaraq “İstismara hazırlıq aktı” verilib.
Noyabr ayında muxtar respublika ərazisində müxtəlif fövqəladə hallarla bağlı daxil olmuş məlumatlara çevik reaksiya verilərək hadisələrin qarşısı vaxtında alınıb və vətəndaşlara dəymiş zərər minimuma endirilib.