STEAM dərnəyinin üzvləri “Yaradıcı həllərə doğru” olimpiadasında iştirak ediblər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizdə ilk dəfə olaraq təşkil edilən “Yaradıcı həllərə doğru” olimpiadasında  muxtar respublikadan 10 müəllim və 2 şagird iştirak edib. Keçirilən vebinarda muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM və robotexnika tədris metodunun tətbiqi və innovativ dərnəklərin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən videoçarx vasitəsilə ətraflı məlumat verilib.

Olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.  7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan 2 kateqoriya üzrə keçirilən olimpiadada Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Bağırlı Gülay Ramiz qızı və Qənbərli Duyğu Elgün qızı və “Koronavirus pandemiyası: sual-cavab” mövzusunda maarifləndirici oyun dizaynı hazırlayaraq təqdim ediblər. Olimpiadanın nəticəsinə görə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Qənbərli Duyğu Elgün qızının eyniadlı maarifləndirici oyun dizaynı sertifikata layiq görülüb.

Qeyd edək ki, layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə baş  tutub.

                                                                    Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: