Qazi Nihad Əsədov: “Şuşa bu müharibənin hədəfiydi. Hər bir əsgərin arzusuydu Şuşaya çatmaq.” - VİDEO
30 ildir ki, Azərbaycan xalqı bu günü gözləyirdi- Qarabağın, erməni işğalında olan torpaqlarının xilas gününü. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz artıq bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Xalqımız bir daha bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində naxçıvanlı igid oğullar da rəşadət göstərərək düşmən üzərində tarixi qələbəyə öz töhfələrini veriblər. Belə igid oğullardan biri də Ordubad rayonunun Aza kəndindən olan zabit Nihad Əsədovdur. Qeyd edək ki, Nihad Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Naxçıvan televiziyasının əməkdaşları igid zabitimizin döyüş yolu haqqında videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomterialı təqdim edir:
Hafizə Əliyeva