Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.