Müasir Naxçıvan gənci: imkanlar, tələblər və nəticələr

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  eyniadlı tədbir Gənclər Mərkəzində təşkil olunub.

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətindən danışan Fondun əməkdaşı Arzu Qasımov bildirib ki, muxtar respublikada gənclərimiz milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı kimi formalaşır, elm, mədəniyyət, idman və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər.

Sonra muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının nümayəndələri gənclərin formalaşması, onların istedad və qabiliyyətinin üzə çıxarılması üçün yaradılan imkanlardan danışıblar. Gənclərlə işin səmərəliliyinin artırılması məqsədilə tələbə-gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Gənclər Fondu ilə fəal əməkdaşlığına və tələbə-gənclərin fəallığının artırılmasında oynadığı rola görə Naxçıvan Dövlət və Naxçıvan Universitetlərinin, Naxçıvan Müəllimlər İnsitutunun  tələbə-gənclər təşkilatları fond tərəfindən təltif olunublar.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: