Könüllülər Culfa rayonunda tənha ahılları ziyarət edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa  şəhərində, Əbrəqunus və Milax kəndlərində sosial xidmət göstərilən tənha ahılları ziyarət ediblər. Ahıllara göstərilən xidmətlərlə tanış olan könüllülər onların  yaşayış sahələrində təmizlik və abadlıq işləri aparıblar.

Belə tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, bu sahələrdə könüllülük fəaliyyətinin genişlənməsinin təşviqindən ibarətdir.

Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: