Şahbuz rayonunun kəndləri kənd turizmi üçün əlverişlidir

A- A A+

NUHÇIXAN  İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rayonun Gömür kəndində keçirilən tədbirdə danışılıb. Rayonun Kolanı, Aşağı və Yuxarı Qışlaq, Biçənək, Gömür kəndlərinin bir qrup sakinlərinin iştirak etdiyi tədbirdə       Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov bildirib ki, rayonun əksər kəndləri kənd turizmi üçün əlverişlidir. Kəndlərdə turizmin inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Kəndlərdə elektrik enerjisinin, təbii qazın, internetin fasiləsiz verilişi təmin olunub, xidmət mərkəzləri yaradılıb, kənd ərazilərində yeni yaşıllıq zolaqları salınıb. Bunun üçün kənd sakinləri də yaradılan bu şəraitdən lazımi istifadə etməli, yaşıllıqların qorunması, yaşayış məntəqələrinin təmizliyinə daim diqqət yetirilməlidir. Bildirilib ki, sakinlər rayonun bir sıra kəndlərinin ətraflarında toxumla bərpa işləri aparılan əraziləri də  qorumalıdırlar.

Ətraf mühitin qorunmasında vətəndaşların hüquq və vəzifələri, ətraf ərazilərin çirkləndirilməsi, qanunsuz ovetmə, yaşıllıq sahələrinin qırılması  ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr də sakinlərin diqqətinə çatdırılıb.

                                            Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: