Naxçıvan şəhər ümumtəhsil məktəblərində yol hərəkətinin təhlükəsizliyinin təbliğinə həsr olunan guşələr yaradıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan şəhər ümumtəhsil məktəblərində yol hərəkətinin təhlükəsizliyinin təbliğinə həsr olunan guşələr yaradılıb. Rəsm, şeir müsabiqələri və viktorinalar təşkil olunub. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirlərdə əyani vasitələrdən istifadə edilib, şagirdlərin yol hərəkəti təhlükəsizliyinin təşkili ilə bağlı fikirləri dinlənilib.

Tədbirlərin reallaşdırılmasında məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçinin şagirdlərə ictimai nəqliyyatdan istifadə edən zaman öz öhdəlikləri və hüquqları haqqında məlumat vermək, yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı biliklərinin artırılmasıdır.

Rəsm, şeir müsabiqələri və viktorinalarda qalib olan məktəblilər isə diplomlarla mükafatlandırılıblar.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: