Kəngərli rayonunda rabitə və poçt xidmətləri müasir tələblərə cavab verir - VİDEO

A- A A+

16 il bundan əvvəl yaradılan Kəngərli rayonu sürətli inkişaf və yüksəliş yolu keçərək müasir mərhələyə çatıb. Ötən dövrdə rayon mərkəzi və bütün  ətraf kəndlərdə geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. İnsanların rahatlığı üçün hər cür şərait yaradılıb.  

Rayonda  insanların ən çox müraciət etdiyi və ən çox tələbat duyulan sahələrdən biri olan rabitə və poçt xidmətləri ən müasir tələblərə cavab verir. Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə telekommunikasiya sistemi və Rabitə Evinin istifadəyə verilməsi rayonda əhaliyə göstərilən rabitə, internet, poçt, kommunal ödənişlərin ən müasir tələblər əsasında qurulmasını təmin edib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

     

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: