Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edir. Sədərək rayonu da bu baxımdan diqqəti çəkən bölgələrimizdən birinə çevrilib. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir.
Hər il olduğu kimi, bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Sədərək kəndində Mərasim Evi tikilir. Obyektdə tikinti təhlükəsizliyi qaydalarına da ciddi əməl edilir.
Qeyd edək ki, inşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Haliyədə dam örtüyü vurulur. Qeyd edək ki, rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu Mərasim Evində hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana və mətbəx olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim Evinin həyətində maşın parkı da salınacaq.
“Oğuz yurdu” qəzeti