Naxçıvanda bu il 195 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib - FOTOLAR

A- A A+
2018-ci ilin 6 ayı ərzində Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 195 milyon kilovatsaata yaxın  elektrik enerjisi  istehsal edilərək  sistemə ötürülüb. Stansiyalar  üzrə sistemə  ötürülən  ümumi enerjinin 53,77%-ni alternativ və bərpa olunan enerji mənbələrindən alınan enerji  təşkil edib. 2018-ci ilin altı ayı ərzində enerji satışından 15 milyon  manatdan artıq  vəsait toplanıb ki, bu da enerjinin dəyərinin  99.53%-ni  təşkil edir. NUHÇIXAN xəbər verir ki, bunları Naxçıvan  Muxtar Respublikası  Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib. Xidmət rəisi qeyd edib ki, Naxçıvan şəhərində abonentlərin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması  işləri də  davam etdirilir. Son altı ay ərzində 710 ədəd belə sayğac quraşdırılıb. Qeyd olunub ki,  layihə gücü  36 meqavatt olacaq Ordubad Su Elektrik Stansiyasında  tikinti işləri davam etdirilir. Layihə gücü 14 meqavatt olacaq Tivi Su Elektrik Stansiyası və 3,5 meqavatt gücündə Qazançı su elektrik stansiyalarının texniki-iqtisadi  əsaslandırılması  və layihəsi  hazırlanıb. Culfa rayonu ərazisində Külək Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün isə lazımi işlər aparılıb. Babək  rayonu ərazisində  “Quşçuluq” yarımstansiyasının   yenidən  qurulması  və Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasında tikinti işləri davam etdirilir. Namiq Paşayev bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Dövlət Energetika Xidmətinə mövcud infrastrukturun yenilənməsi və təkmilləşdirilməsinə diqqətin artırılması, nöqsanların aradan qaldırılması üçün çevikliyin göstərilməsi tapşırıqları verilib. Kollektiv verilən tapşırıqları və qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün səylə çalışmalıdır. Kollegiya iclasında şəhər və rayon  elektrik şəbəkələrinin, elektrik stansiyalarının direktorları çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Novruz Məmmədov

                     
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: