Mənzili kirayəyə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə əksər hallarda mənzili kirayəyə götürərkən kirayə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu halda kirayəçi çətin vəziyyətdə qalar, çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını bildirə bilər. Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında müqavilənin olması kirayəyə verənin ona dəymiş zərəri məhkəmə qaydasında tələb etməsinə kömək edəcəkdir.

Qeyd edilənlər müqavilə bağlanmasının zəruriliyini şərtləndirən faktiki amillər idi. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 19.1-ci maddəsinə əsasən əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, onda həmin hüquq da dövlət qeydiyyatına alınmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: