Yanvar-oktyabr ayları ərzində Azərbaycanda 106 min 569 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2842-si əkiz, 96-sı üçəm, dördü isə dördəmdir.
On ay ərzində ölkədə 52 min 769 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.