Bu il Naxçıvanda 1136 yeni telefon xətti istismara verilib - FOTOLAR

A- A A+
  NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2018-ci ilin  birinci yarımilinin  yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov tədbirdə bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Rabitə və Yeni Texnologiyalar Nazirliyinin qarşısına da bir sıra vəzifələr qoyulub.  Qarşıya qoyulan vəzifələrə əsasən nazirlik bundan sonrakı fəaliyyətində də yüksəkixtisaslı kadrlara olan tələbatı ödəmək üçün mütəxəssislərin hazırlanması və əlavə təhsili ilə bağlı tədbirlər görməli, yerlərdə poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafını diqqətdə saxlamalıdır. Nazir görülən işləri təhlil edib. Qeyd olunub ki, 2018-ci ilin birinci yarısında 1136  yeni telefon xətti istismara verilib.  O da vurğulanıb ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei”şirkəti arasında Şərur, Babək və Şahbuz rayonlarında 2018-ci ildə istismardan çıxarılması nəzərdə tutulan avtomat telefon stansiyalarının əvəz olunması məqsədilə 15 yeni  nəsil avtomat-telefon stansiyasının alınması üçün  müqavilə imzalanıb. Nazir bildirib ki, 2018-ci ilin birinci yarısında muxtar respublika ərazisində ümumilikdə  12 min 515 metr  fiberoptik  kabel xətti  çəkilib. Həmçinin  kompüter kursları üzrə təhsil almaq üçün  221 dinləyici olmaqla, 16 ümumi və 87 fərdi qrup təşkil edilib.

CAVİD SƏFƏRLİ

     
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: