Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarında 5,5 hektar sahədə toxumla əkin aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tabeli idarələri Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarında 5,5 hektar sahədə toxumla əkin aparılıb. Tədbir zamanı şoranlaşan və qrunt sularının səthə çıxdığı ərazilərdə alça, yemişan, göyrüş, ayland, iydə, ərik kimi yabanı meyvə və meşə ağaclarının toxumları əkilib.

Əsas məqsəd yaşıllıq sahələrinin genişləndirilməsi, əraziyə məxsus bitkilərin toxumlarının əkilməsidir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə bu il ərzində 255 hektar sahədə toxumla əkin işləri aparılıb.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: