Gözdən əlil uşaqlar dərslik və metodik vəsaitlərlə təmin olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan İnformasiya Mərkəzində fəaliyyət  göstərən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə yeni dərslik və metodik vəsaitlər təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirilib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan uşaqların sağlamlıqlarının qorunması ilə yanaşı, onların maarifləndirilməsi istiqamətində də mühüm addımlar atılıb, audio və elektron kitabxana xidmətləri, Distant Tədris Mərkəzi yaradılıb,görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kursları təşkil olunub. Qeyd olunub ki, bu qəbildən olan uşaqların təhsil alması işində isə ən  böyük qayğı onların dərsliklərlə təminatıdır. Bu məqsədlə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə metodik vəsait və dərsliklər təqdim olunub.Həmçinin burda təhsil alan şagirdlərə sovqatlar verilib.

 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: