Tələbələrin təcrübə kursları davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarda təcrübə kursları davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tələbələr təcrübə kursu çərçivəsində növbəti dəfə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin iş fəaliyyəti ilə bağlı lazımi məlumatlar əldə ediblər.
Praktiki olaraq mərkəzdə aparılan ekspertizaların keçirilməsini müşahidə edən tələbələrə kriminalistika ilə bağlı nəzəriyyələr barədə ətraflı məlumatlar verilib.
Görüş zamanı ekspert Cavid Əliyev ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə ekspertizasının inkişafından bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışıb.
Təcrübə müddətində daktiloskopiya sahəsində kimyəvi tozlarla izlərin aşkarlanması metodları izah edilib.
Sonra tələbələr Mərkəzin eksperti Cavid Əliyevin təqdimatında “Kriminalistik eyniləşmə nəzəriyyəsinin inkişaf tarixi”ndən bəhs edən videoçarxa baxıblar.
Ərhan Novruzov