Muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərə gedişi davam etdirilir

A- A A+

Taksi xidməti ilə məşğul olan sürücülər Naxçıvan Dövlət Tarix Muzeyində  olublar.

NUHÇIXAN xəbər verir ki, ziyarətçilərə Naxçıvan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə  məlumat verilib. Naxçıvan Muxtar Respublikasının  ərazisində aparılan  arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət, tətbiqi sənət, qədim numizmatika nümunələri, həmçinin milli geyimlər, bədii tikmələr və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və digər maddi-mədəniyyət  nümunələri sürücülərin  marağına səbəb olub. Muxtar respublikaya gələn yerli və əcnəbi turistlərlə daha sıx münasibətdə olan taksi sürücüləri üçün bu cür maarifləndirici tədbirlər son illər geniş vüsət alıb.

                                                                                                     

                                                                                                       Sadiq Məmmədov

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: