Ötən ay muxtar respublikada 40 vətəndaşa əmək pensiyası təyin edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən ay ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtında başa çatdırılıb. Fondun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tələb olunan 15 milyon 55 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

Fond tərəfindən 10 nəfərə yaşa görə, 7 nəfərə əlilliyə görə, 23 nəfərə ailə başçısını itirməyə görə, ümumilikdə 40 nəfərə əmək pensiyası təyin edilib. Pensiya təyin olunan vətəndaşlardan 25 nəfərinə qanunvericiliyə əsasən ilk dəfə təyinat olmuş, 15 nəfərinə isə pensiya növündə dəyişiklik edilib. Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 245 ərizə forması elekton imza vasitəsilə sifariş verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: