"Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq keçirilib.

Arazboyu Dövlət Təbiət Yasaqlığında keçirilən növbəti monitorinqdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.

Mütəxəssislər köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar. Əsas məqsəd risk əhəmiyyəti daşıyan ərazilərdə quşlar aləminin və onların hansı ərazilərdən gəlməsinin öyrənilməsi və baş verə biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir.                                  

Qeyd edək ki, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazisində nadir və nəslikəsilmək təhlükəsi olan fauna növləri yaşayır. Yasaqlıq ərazisi miqrasiya dəhlizi olduğundan köçəri quşlar bu ərazilərə yuvalayıb nəsil artırmaq, qışlamaq və qidalanmaq üçün köç edirlər. Muxtar respublika ərazisində mövcud olan quşların 85 faizdən çoxu bu ərazilərdə məskunlaşıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərində monitorinqlər  qarşıdakı aylarda da davam etdiriləcək.

Sadiq  Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: