Sədərək rayonunda yaşıllıq sahələri genişləndirilir - FOTOLAR

A- A A+

Son illər Naxçıvanda həyata keçirilən yaşıllaşdırma tədbirləri kütləviliyi ilə seçilir. Nəticədə diyarımızda  yaşıllıqların  sahəsi son 25 ildə 0,6 faizdən 20 faizə qədər artıb. Sədərək rayonunda da bu işlər mütəmadi olaraq davam etdirilir, yeni yaşıllıq zolaqları salınır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayon mərkəzi olan Heydərabad qəsəbəsindəki yol kənarlarında yaşıllaşdırma işləri həyata keçirilib. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. Əraziyə 100 gül kolu, 100 ardıc  və 150 həmişəyaşıl ağac əkilib.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: