Ordubadda ailə təsərrüfatı məhsullarının satış yarmarkasına 135 çeşiddə məhsul çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qədim meyvəçilik diyarı olan Ordubad rayonunda ailə təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Yarmarkaya 135 çeşiddə meyvə-tərəvəz və 1800 qablaşdırılan kənd təsərrüfatı məhsulları, şirniyyat və digər milli mətbəx nümunələri çıxarılıb.

Ordubad şəhərində keçirilən satış yarmarkasına rayonun Sabirkənd, Dəstə, Aza, Əndəmic, Gənzə, Üstüpü və digər yaşayış məntəqələrindən 42 ailə təsərrüfatı tərəfindən məhsul çıxarılıb. 

Ordubadın brendi sayılan limon, şərq xurması, heyva, nar, quru meyvələr, sucuq, alana, doşablar, paxlava, şəkərbura, meyvə araqları, turşular, mürəbbələr və digər bu kimi məhsullar da çoxluq təşkil edib. 

Yarmarkaya sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların da əl işləri çıxarılıb. Bu məqsədlə ayrılan bölmədə 146 əl işi və  rəsmlər təqdim olunub.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: