İranın qərbində Kermanşah əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 128 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi əyalətin qubernatoru Houşəng Bazvanda istinadla xəbər yayıb. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qubernatorun sözlərinə görə, xəsarət alanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Bundan əvvəl 20 nəfərin xəsarət alması barədə məlumat verilib. Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib. Bu gün, həmçinin İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub.