İranın qərbində Kermanşah əyalətində baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 146 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi İranın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadla məlumat yayıb. NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, idarənin rəhbəri Pir Hüseyn Koliband xəsarət alan insanlardan 21 nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib. Bundan əvvəl 128 nəfərin xəsarət aldığı bildirilmişdi. Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Bu gün, həmçinin İranın cənubunda 4,6 və 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ baş verən ərazilərə 15 xilasetmə qrupu göndərilib.