Babək şəhərində “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Babək şəhərində yerləşən bazar kompleksində ”Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilib. 36 satış yeri olan yarımqapalı meyvə-tərəvəz satış sahəsində keçirilən yarmarkada Babək rayonundan olan ailə təsərrüfatçıları istehsal etdikləri süd və süd məhsulları, mürəbbə, kompot, turşu çeşidləri,  meyvə quruları, ət və ət məhsulları, spirtli içkilər və müxtəlif növ məhsullar çıxarıblar.   

Yarmarkanın təşkilində məqsəd əhalinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatını təbii məhsullarla dolğun şəkildə  ödəmək, ailə təsərrüfatçıları üçün lazımi şərait yaratmaqdan ibarətdir.                                     

Qeyd edək ki, Babək rayonunda “Ailə təsərrüfatı məhsulları” yarmarkası dekabrın 30-dək davam edəcək.

                                                                                                                                              Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: