Naxçıvan şəhərində məhsul yarmarkası keçirilir - FOTOLAR

A- A A+

Bu gündən Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda məhsul yarmarkasına start verilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarmarkanın ilk günündə alıcılara 865 çeşiddə 100 tona yaxın 65 min manat dəyərində müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları təklif olunub. Həmçinin alıcılar təklif olunan  24 istehsal müəssisəsi tərəfindən 45 növdə, 265 çeşiddə sənaye məhsullarını da ala bilər .

Muxtar respublikamızın ayrı-ayrı rayonlarından ailə təsərrüfatçıları tərəfindən gətirilən kənd təsərrüfatı məhsullarının qiymətləri münasib olduğundan qısa müddətdə satılıb. Xüsusən də gündəlik ərzaq və tələbat mallarına maraq böyük olub. Forel və digər balıq növləri də yarmarkada təklif olunub.

Bu gün həmçinin Şərur və Kəngərli rayonlarında da məhsul yarmarkaları təşkil olunub. Şərur şəhərində keçirilən yarmarkaya 75 çeşiddə 10 tona yaxın müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.

Kəngərli rayonunda keçirilən məhsul yarmarkasında isə 30 ailə təsərrüfatçısı iştirak edib. Onlar tərəfindən əhaliyə 80 çeşiddə 2 min ədəd qablaşdırılan müxtəlif kənd təsərrüfatı məhsulları təklif edilib.

Qeyd edək ki, Naxçıvan şəhərində təşkil edilən məhsul yarmarkası dekabrın 30-dək davam edəcək.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: