Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin ərazisində 60-a yaxın həmişəyaşıl ağac əkildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib. Nazirlik tərəfindən  növbəti ağacəkmə  aksiyası Uzunoba gölünün ətrafında tikilən Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksində təşkil olunub. 60-a yaxın həmişəyaşıl ağac əkilib.

Qeyd edək ki, muxtar respublikada idmanın inkişafına göstərilən qayğının davamı olan kompleksin tikintisinə cari ilin avqust ayından başlanılıb. Federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış minifutbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur. Kompleksdə aparılan abadlıq işləri çərçivəsində yaşıllaşdırma tədbirləri də davam etdirilir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: