Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 26-da komissiyanın üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar və 24 iyul 2020-ci il tarixli hökmlərinə, 18 dekabr 2019-cu il 7, 10, 30 yanvar, 3,19 fevral, 2 mart, 20 aprel (iki qərar), 26 avqust və 24 noyabr (iki qərar) 2020-ci il tarixli qərarlarına, Şərur Rayon Məhkəməsinin 21 yanvar, 25 fevral (iki qərar), 27 may, 14 avqust (iki qərar), 27 avqust (iki qərar), 31 avqust 2020-ci il tarixli qərarlarına, Ordubad Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərarına, Kəngərli Rayon Məhkəməsinin 7 yanvar, 18 və 24 fevral 2020-ci il tarixli qərarlarına əsasən, (ümumilikdə, 27 iş üzrə) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi 229 qram 542 milliqram çətənə (kannabis) bitkisi, 93 qram 404 milliqram heroin, 1 qram 887 milliqram marixuana, 702 milliqram tiryək narkotik vasitələri, 1 qram 835 milliqram metamfetamin və 20 milliqram “Clonazepam” psixotrop maddələri naturada üzləşdirilərək Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin tibbi tullantıların ləğvi sistemində yandırılmaqla məhv edilib. Bundan əlavə, qanunsuz əldə edilmiş müxtəlif dərman preparatları, psixotrop maddələr də yandırılıb.