Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi əsgərlərə bayram sovqatı aparıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Fərda” kiçik müəssisənin əməkdaşları Naxçıvan şəhərindəki hərbi hissədə olub, şəxsi heyətə bayram sovqatı aparıblar.

Əsgər və zabitlərlə görüş zamanı: “Vətən müharibəsində qazandığımız  tarixi qələbənin əsasında xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır”,- deyən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qeyd edib ki, qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

“Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlham Məmmədov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və tarixi qələbə  münasibətilə şəxsi heyəti təbrik edib, vətənin xidmətində həmişə ayıq-sayıq olmağı diləyib.

Hərbi hissənin zabiti Rahib Rzayev və əsgər Oğuz Orucov  göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, əhali ilə ordunun sıx birliyinin əsgərlər üçün mənəvi dayaq olduğunu diqqətə çatdırıblar.

Sonra gətirilən bayram sovqatları hərbi hissəyə  təhvil verilib.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: