Muxtar respublikanın adları “Qırmızı kitab”da olan heyvanlarının qidalanması üçün biotexniki tədbirlər aparılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Arazboyu Dövlət Təbiət Yasaqlığının mühafizə yegerləri ilə birgə Culfa rayonu ərazisindəki Arazboyu Dövlət Təbiət Yasaqlığında məskunlaşmış adları “Qırmızı kitab”da olan bezuar dağ keçiləri, muflonlar və digər dağ heyvanlarının qış aylarında qaba yemə, suya və duza olan tələbatlarını qismən ödəmək üçün biotexniki tədbir keçiriblər.
Biotexniki tədbirlər zamanı 1100 metr yüksəklikdə yerləşən Dərəşam su mənbəyinə su novu quraşdırılıb və yüksəkliklərdə müvafiq yerlərə 200 kiloqramadək daş duz qoyulub.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində məqsəd xüsusi mühafizə olunan ərazilərdə məskunlaşmış dağ heyvanlarının qış aylarında miqrasiyasının qarşısını almaq və normal qidalanmalarını təmin etməkdir.
Xosrov İbrahimov