İqtisadiyyat Nazirliyinin əməkdaşları vətənin keşiyində dayanan əsgərlərə sovqat aparıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi,  “Xəyal” Şadlıq Evi və “Nuh yurdu” restoranının  kollektivləri ənənəyə sadiq qalaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki hərbi hissədə olub,  əsgərlərə  sovqat aparıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İqtisadiyyat naziri Tapdıq Əliyev əlamətdar gün münasibətilə əsgərləri təbrik edib. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəyliyin bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatı olduğunu deyən nazir vurğulayıb ki, ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında xalq-ordu birliyi  də ilbəil  möhkəmləndirilir, həmrəylik bayramında əsgərlərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur.

Çıxışlarda həmçinin ordumuzun bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunduğu vurğulanıb.

Hərbi hissənin komandiri polkovnik Yusif Axundov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.

Məhəmməd Fərəcov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: