Muxtar respublikada əsgərlərə sovqat aparılması davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu dəfə Gənclər və İdman Nazirliyi və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının kollektivləri Naxçıvan şəhərindəki hərbi hissəyə sovqat aparıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşı Azər Cəfərov şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Qeyd olunub ki, bu ilki bayramları Azərbaycan xalqı həm də Ordumuzun qazandığı Böyük Qələbə sevinci ilə qeyd edir. Bu qələbənin qazanılmasında Əlahiddə Ümumqoşun Ordunun qəhrəman igidləri də mühüm rol oynayıb, ön cəbhədə döyüşlərdə şücaət göstəriblər.
Qeyd olunub ki, Azərbaycanda mövcud olan xalq və ordu birliyi dünyaya nümunədir.
Hərbi hissənin zabit və əsgərləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gətirilən sovqat hərbi hissəyə təhvil verilib.
Novruz Məmmədov