“Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsi yekunlaşıb

A- A A+

NDU-nun və “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda Departamentin  direktoru Əkbər Novruzov  turizm sektorunda savadlı, peşəkar və hazırlıqlı mütəxəssislərin yetişməsində muxtar respublikada  görülən işlərdən danışıb, “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığının  uğurla həyata keçirildiyini deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən   hər iki ali təhsil müəssisəsinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan  Muxtar Respublikası Turizm Departamentinə hamiliyə verilib. Vurğulanıb ki, tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.

Ümumilikdə 38 nəfər tələbənin iştirakı ilə keçirilən təcrübə müddətində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnərək turizm fəaliyyəti ilə məşğul olan obyektlərin, eləcə də “Saat meydanı”, “Təbriz”, “Hotel Qrand Naxçıvan” və “Avtovağzal” mehmanxanalarının çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: