NUHÇIXAN İnformasiya Agentliyi “İlin fəal xəbər saytı” seçildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təşkil olunan mükafatlandırma mərasimində muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənənlər mükafatlandırılıb.  NUHÇIXAN 2020-ci ilin yekunlarına görə “İlin fəal xəbər saytı” nominasiyası üzrə təltif olunub.

NUHÇIXAN İnformasiya Agentliyi yola saldığımız il ərzində muxtar respublikanın ictimai, iqtisadi, mədəni həyatında baş verən yeniliklərlə yanaşı, ölkədə və dünyada baş verən hadisələri də operativ və obyektiv şəkildə öz oxucusuna çatdırdı.  Ordumuz cəbhədə tarix yazarkən aparılan informasiya müharibəsində ən çox oxunan, güvənilən, istinad edilən xəbər saytlarından biri də məhz NUHÇIXAN oldu. Zəfərə addımlayan ordumuzun ayaq səsləri paylaşdığımız xəbərlərdə duyuldu. Xəbərlərin rəsmi mənbələrə istinad edilməsi, qərəzsizlik,  xalqın və dövlətçiliyin mənafeyinin qorunması hər zaman əsas meyarımız oldu. Bu il həm də NUHÇIXAN İnformasiya Agentliyi olaraq 27 ildir  işğal  altında olan torpaqlarımızın azad olunma xəbərini xalqımıza çatdırmağın qürurunu yaşadıq.

Qeyd edək ki, NUHÇIXAN İnformasiya Agentliyi artıq 3 ildir ki, ”Ən fəal xəbər saytı” ünvanını qoruyub saxlayır. Bizi bu ada layiq görən və daim zirvədə saxlayan oxucularımıza təşəkkür edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: