Həmrəylik günü münasibətilə əsgərlərlə görüşlər keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə əsgərlərə sovqat aparan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi və “Gəlinqaya” şadlıq evinin kollektivləri Naxçıvan şəhərindəki hərbi hissədə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb.
Əlamətdar gün münasibətilə əsgərləri təbrik edən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin rəisi Xaləddin Rüstəmov bildirib ki, ölkəmizdə hər bir sahəyə olduğu kimi, ordu quruculuğuna da daim diqqət və qayğı göstərilir. Məhz elə bu qayğının nəticəsidir ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı qısa müddət ərzində azad edib. Zəfər qələbəsində Naxçıvanın igid əsgərləri də böyük hünər və şücaətlər göstəriblər. Naxçıvan Muxtar Respublikasında xalq-ordu birliyi ilbəil möhkəmləndirilir.
Hərbi hissənin zabiti Əli Bayramzadə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdikdən sonra gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.
Məhəmməd Fərəcov