Qalib ordunun qəhrəman əsgərlərinə sovqatlar aparılır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Şahbuz rayonundakı hərbi hissədə olub, əsgərlərə bayram sovqatı  verib.

Böyük qələbə münasibətilə şəxsi heyəti təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, polkovnik Nurlan Pənahov bildirib ki, ordu hər bir dövlətin güvənc yeri, təhlükəsizliyinin qarantıdır. Qarabağa, Şuşaya bayrağımızı sancan qəhrəmanlarımız sırasında Naxçıvan Ordusunda xidmət edən əsgər və zabitlərimizin olması muxtar respublikada illərdir uğurla həyata keçirilən ordu quruculuğu tədbirlərinin  nəticəsi idi.

“Bu bayram görüşləri Vətənimizin sadiq keşikçilərinin mənəvi-psixoloji hazırlığına köməklik göstərir, əsgərlərin mübarizlik əzmini daha da artırır”,- deyən Xidmətin rəisi əsgər və zabitlərə şərəfli xidmətlərində uğurlar arzulayıb.

Hərbi hissənin zabiti mayor Cəbrayıl Nəbiyev və əsgər Rəşad Ramazanov göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Sonda gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: