Şərur rayonu ərazisindəki sərhəd zastavasının hərbçilərinə bayram sovqatı aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram sovqatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunun kollektivi tərəfindən aparılıb.
Əsgər və zabitlərlə səmimi görüşdə Naxçıvan Muxtar Respublikasının Prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev ulu öndər Heydər Əliyevin "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir", - sözlərini əsgərlərin diqqətinə çatdıraraq qeyd edib ki, muxtar respublikamızda ordu və xalq arasında olan birlik bu gün yüksək səviyyədədir. Bayramlar, əlamətdar və tarixi günlər ərəfəsində ordu sıralarında qulluq edən əsgərlərimizlə görüşlərin keçirilməsi, onlara sovqatlar verilməsi sərhədlərimizin və ərazi bütövlüyümüzün keşiyində dayanan hərbçilərdə yüksək ovqat yaradır.
Muxtar respublika prokuroru torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə ehtiramını bildirib, yaralananlara sağlamlıqlarına qovuşmalarını arzu edib. Vətənə sədaqətlə xidmət edən hərbçiləri bayram münasibətilə təbrik edərək onlara xidməti vəzifələrində uğurlar arzulayıb.
Zastavanın şəxsi heyəti göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.
Turab Hacızadə