Gömrükçülərdən sərhədçilərə bayram sovqatı - FOTOLAR

A- A A+

Əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, hərbi hissələrə sovqat aparmaq, yardımlar göstərmək dövlət-xalq-ordu birliyini təcəssüm etdirir. NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi  “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edən Komitə sədri, gömrük xidməti general-leytenenatı Səhət Həbibbəyli vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir. Bu bayram günlərində muxtar respublikamızda dövlət-xalq-ordu birliyinin, həmrəyliyin bir daha şahidi oluruq.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev dövlətimiz tərəfindən ordumuzun maddi-texniki təminatının ən yüksək səviyyədə həll edildiyini vurğulayıb. Qeyd olunub ki, bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluqçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya əvəzsiz mənəvi dayaqdır.

Əsgər Xəzər İbrahimov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub.

Rahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: