Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

A- A A+

“Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqə “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçiriləcək.

Bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcəklər.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: