NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonunun Ərəfsə kəndində yerli icra hakimiyyəti və bələdiyyələrin, kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.
Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehdi Paşayev ekoloji tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov “Ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədi və əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd əhalinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, onların ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.
Çıxışlarda tədbir iştirakçılarına təbii resursların bərpası və istifadəsi sahəsində su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı barədə məlumatlar verilib.
Sonda suallar cavablandırılıb.
Kəmalə Əliyeva